MM Azərbaycanın Avropa Məhkəməsindəki hakiminin sosial təminatlarının artırılmasını nəzərdə tutan dəyişiklik layihəsini qəbul edib

MM Azərbaycanın Avropa Məhkəməsindəki hakiminin sosial təminatlarının artırılmasını nəzərdə tutan dəyişiklik layihəsini qəbul edib Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən plenar iclasında “Konstitusiya məhkəməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclis
13 Fevral , 2018 12:07
MM Azərbaycanın Avropa Məhkəməsindəki hakiminin sosial təminatlarının artırılmasını nəzərdə tutan dəyişiklik layihəsini qəbul edib

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən plenar iclasında “Konstitusiya məhkəməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə yeni - 9-cu bənd əlavə edilir.

Yeni bəndə əsasən, İnsan hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulur və bu Qanunda, həmçinin digər normativ hüquqi aktlarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimi üçün nəzərdə tutulmuş təminatlar (bu Qanunun 71-ci, 72-ci, 73.5-ci, 73.6-cı və 73.8-ci maddələrində nəzərdə tutulmuş təminatlar istisna olmaqla) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimə də şamil edilir.

Layihədə bildirilib ki, təklif olunan dəyişikliyin məqsədi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusuna bərabər tutulması və onların Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulmuş təminatlardan istifadə edilməsi üçün hüquqi əsasların yaradılmasıdır.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Qeyd edək ki, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində hazırkı hakimi Lətif Hüseynovdur.

Son xəbərlər

Orphus sistemi