MM Azərbaycandan tranzit keçən nəqliyyat vasitələrinə görə yol vergisinin tutulmasını I oxunuşda təsdiqləyib

MM Azərbaycandan tranzit keçən nəqliyyat vasitələrinə görə yol vergisinin tutulmasını I oxunuşda təsdiqləyib Milli Məclis Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihələrini I oxunuşda təsdiq edib.
Milli Məclis
1 Fevral , 2023 16:26
MM Azərbaycandan tranzit keçən nəqliyyat vasitələrinə görə yol vergisinin tutulmasını I oxunuşda təsdiqləyib

Milli Məclis Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihələrini I oxunuşda təsdiq edib.

"Report" xəbər verir ki, dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, Azərbaycan ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər yol vergisi ödəyici, həmin şəxslərə məxsus nəqliyyat vasitələri isə yol vergisinin obyekti hesab olunacaq.

Həmçinin, təhlükəli yüklərin daşınmasına görə yol vergisinə tətbiq olunan artımlar, o cümlədən nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi 38 tondan 41 tonadək olduqda Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometri üçün verginin 0,15 ABŞ dolları artırılmasına dair müddəa da ləğv olunur.

Son xəbərlər

Orphus sistemi