Miqrasiya Məcəlləsinə dəyişiklik edilir

Miqrasiya Məcəlləsinə dəyişiklik edilir Hamilə qadınlar barəsində cəza bitənədək onların ölkədən çıxışına qadağa qoyulacaq
Milli Məclis
24 Oktyabr , 2017 12:51
Miqrasiya Məcəlləsinə dəyişiklik edilir
Milli Məclis / Report

Bakı. 24 oktyabr. REPORT.AZ/ Məhkəmə məhkum edilmiş həm Azərbaycan vətəndaşlarını, həmçinin əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılacaq.

“Report”un xəbərinə görə, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 9-cu (Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ) maddəsinə edilən əlavəyə əsasən, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda-məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək onların ölkədən getmək hüququ məhdudlaşdırılacaq.

Bu, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlməsinin müvəqqəti məhdudlaşdırılması qaydasında da əskini tapacaq.

Cinayət Məcəlləsinə əsasən, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya 8 yaşına qədər uşağını təkbaşına böyüdən kişilərlə bağlı cəzanın çəkilməsini təxirə sala bilər. 

Son xəbərlər

Orphus sistemi