Milli Məclisin yaz sessiyasının sonuncu iclasının gündəliyinə dəyişiklik edilib

Milli Məclisin yaz sessiyasının sonuncu iclasının gündəliyinə dəyişiklik edilib Milli Məclisin yaz sessiyasının sonuncu iclasının gündəliyinə dəyişiklik edilib.
Milli Məclis
28 May , 2022 11:50
Milli Məclisin yaz sessiyasının sonuncu iclasının gündəliyinə dəyişiklik edilib

Milli Məclisin yaz sessiyasının sonuncu iclasının gündəliyinə dəyişiklik edilib.

"Report"un xəbərinə görə, iclasın gündəliyindəki məsələlərin sayı 6-da 7-yə çatdırılıb.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.

2. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

4. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

6. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

7. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Son xəbərlər

Orphus sistemi