Yuxarı

Milli Məclisin yaz sessiyasının qanunverici işlər planı açıqlanıb

Sessiyada Azərbaycan Respublikasının Dövlət himni haqqında Konstitusiya qanununa baxılacaq
© Report

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin yaz sessiyasının qanunverici işlər planı açıqlanıb.

“Report”un xəbərinə görə, yaz sessiyasında "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında", "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında", "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Konstitusiya qanunlarına baxılacaq. 

Bundan başqa, "Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında", "Daxili qoşunlar haqqında", "Ələt Azad İqtisadi Zonası haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Texniki təmizləmə haqqında", "Standartlaşma haqqında", "Hesablama Palatası haqqında", "Kabel şəbəkəsi yayımı haqqında", "Kinemotoqrafiya haqqında", "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Turizm haqqında", "Psixoloji yardım haqqında", "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında", "Peşə təhsili haqqında" qanun layihələri müzakirə olunacaq.

Sessiya dövründə həmçinin Azərbaycan Prezidentinin, deputatların, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunverici təşəbbüs qaydasında təqdim etdiyi qanun layihələrinə baxılacaq. 

Qeyd edək ki, parlamentin yaz sessiyasının ilk plenar iclası bu il fevralın 1-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi