Milli Məclisin yaz sessiyası başa çatır

Milli Məclisin yaz sessiyası başa çatır Sonuncu iclasın mayın 31-də keçirilməsi nəzərdə tutulur
Milli Məclis
25 May , 2021 15:16
Milli Məclisin yaz sessiyası başa çatır

Gələn həftə Milli Məclisin yaz sessiyası başa çatır.

“Report”un xəbərinə görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Parlamentin yaz sessiyasının sonuncu iclasının isə mayın 31-də keçirilməsi nəzərdə tutulur. Lakin yaz sessiyasının başa çatmasına baxmayaraq, Milli Məclisin növbədənkənar xüsusi sessiyasının çağrılması gözlənilir.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin Sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.

Növbədənkənar sessiya başa çatdıqdan sonra isə deputatlar iyulun 15-dən avqustun 30-dək tətildə olacaqlar. Məzuniyyətdə olduqları zaman deputatlara müalicə olunmaları və istirahət etmələri üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.

Son xəbərlər

Orphus sistemi