Milli Məclisin televiziyasının yaradılması təklif edilir

Milli Məclisin televiziyasının yaradılması təklif edilir Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam edən islahatların tərkib hissəsi olan struktur islahatları Milli Məcls Aparatından da yan keçməyib və aparılan struktur, kadr dəyişikliklərinin nəticəsi artıq qısa zamanda özünü göstərməkdədir.
Milli Məclis
394
1 İyun , 2020 13:23
Milli Məclisin televiziyasının yaradılması təklif edilir

"Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam edən islahatların tərkib hissəsi olan struktur islahatları Milli Məcls Aparatından da yan keçməyib və aparılan struktur, kadr dəyişikliklərinin nəticəsi artıq qısa zamanda özünü göstərməkdədir". 

"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azər Kərimli deyib.

O, bu islahatlar çərçivəsində parlamentdə yeni yaradılmış Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin də işini xüsusi vurğulayıb: "Elə bir neçə gün əvvəl sosial şəbəkələrdə seçicilərimizi və onların simasında bütün xalqımızı 28 May Respublika Günü münasibəti ilə təbrik edən zaman təbrikimizi bu şöbənin peşəkərlıqla hazırladığı videoçarxla müşayiət etməyimiz şəxsən məndə qürur hissi doğurdu. Bu baxımdan, daha da irəli baxaraq bir təklif vermək istəyirəm".

A.Kərimli çıxışında həmçinin bütün televiziya kanallarına təşəkkür edib: "Deputatların müxtəlif televiziya kanallarında yer alan verilişlərə dəvət olunmağı,orada beynəlxalq aləmdə,ölkəmizin sosial,siyasi-iqtisadi həyatında baş verən hadisələrlə bağlı, yeni,önəmli qanun aktları ilə bağlı şərhlər verməyimiz,fikir mübadiləsi aparmağımız çox yaxşı və təqdirəlayiq haldır. Buna görə də bütün televiziya kanallarımıza öz minnətdarlığımı bildirirəm. Amma hesab edirəm ki, eyni zamanda Parlamentin fəaliyyətinin hərtərəfli işıqlandırılması və ictimaiyyətə bu barədə dəqiq, kontekstdən çıxarılmamış məlumatların çatdırılması, yeni qəbul edilən qanunvericilik aktları ilə bağlı vətəndaşların daha yaxından və daha sadə dildə marifləndirilməsi üçün Milli Məclisin İnternet formatında televiziyasının yaradılmasına ehtiyac var. Hazırda dünyanın bütün ölkələrində insanların əhəmiyyətli hissəsi onlara gərəkli olan məlumatları sosial şəbəkələr üzərindən alırlar. Bu baxımdan, əgər belə bir resurs yaradılarsa, o zaman Milli Məclisin fəaliyyətinin daha geniş şəkildə təbliğ olunmasına imkan yaranacaq, ayrıa-ayrı komitələrin iclaslarından, o cümlədən parlamentin plenar iclaslarından qanunvericiliklə peşəkar şəkildə məşğul olan insanların iştirakı ilə hazırlanan videoxülasələr və digər videomateriallar həm də hər kəs üçün əlçatan və etibarlı istinad mənbəyi rolunu oynaya bilər".

Deputat vurğulayıb ki, artıq dünyanın bir çox ölkələri və beynəlxalq təsisatları, o cümlədən Böyük Britaniya, Rusiya, Ukrayna, Avropa Parlamenti və digərləri bu təcrübədən istifadə edirlər: "Hesab edirəm ki, bu layihəni həyata keçirmək üçün Milli Məclisin həm maddi-texniki bazası,həm də lazımı kadr potensialı var və əminəm ki, bu işdə peşəkar televiziya jurnalistləri olan dəyərli həmkarlarımız Qənirə Paşayeva, Sahib Alıyev də öz köməklərini əsirgəməzlər".

Azər Kərimli
Azər Kərimli

Son xəbərlər

Orphus sistemi