Milli Məclisin sədri: “Şadlıq sarayları bahalı olsa da, akustika sistemi normal deyil”

Milli Məclisin sədri: “Şadlıq sarayları bahalı olsa da, akustika sistemi normal deyil” Oqtay Əsədov: "Az sayda şadlıq evi var ki, orada akustika normativə uyğun olaraq quraşdırılıb"
Milli Məclis
1 Fevral , 2018 14:05
Milli Məclisin sədri: “Şadlıq sarayları bahalı olsa da, akustika sistemi normal deyil”

Bakı. 1 fevral. REPORT.AZ/ “Şadlıq sarayları bahalı olsa da, akustika sistemi normal deyil. Xeyli böyük şadlıq evi tikilib. Bahalı olduğu üçün kimsə akustika sisteminə baxmır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib.

O.Əsədovun sözlərinə görə, az sayda şadlıq evi var ki, orada akustika normativə uyğun olaraq quraşdırılıb. 

Qeyd edək ki, parlamentdə çıxış edən deputat Qüdrət Həsənquliyev bir sıra restoranlarda akustika sisteminin normal qurulmadığını bildirib. Bununla bağlı tədbir görülməsini təklif edib.

Son xəbərlər

Orphus sistemi