Milli Məclisin sədri Rusiyada yaşayan azərbaycanlıların fəaliyyətindən narazıdır

Milli Məclisin sədri Rusiyada yaşayan azərbaycanlıların fəaliyyətindən narazıdır Oqtay Əsədov: “Amma hansı televiziya kanalı açırsan, verilişlərdə ermənilər iştirak edir”
Milli Məclis
29 Dekabr , 2017 12:51
Milli Məclisin sədri Rusiyada yaşayan azərbaycanlıların fəaliyyətindən narazıdır

Bakı. 29 dekabr. REPORT.AZ/ “Rusiyada yaşayan, işləyən azərbaycanlıların sayı kifayət qədər çoxdur. Amma hansı televiziya kanalı açırsan, verilişlərdə ermənilər iştirak edir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

O bildirib ki, azərbaycanlılar həmin verilişlərdə iştirak etməlidir: “Hansı insan təşəbbüs göstərir, o debatlara qatılır? Onların qarşısını alan yoxdur ki? Bizim zəifliyimiz bundadır”.

Son xəbərlər

Orphus sistemi