Milli Məclisin sədri: “Regionda sülh, sabitlik və əməkdaşlıqdan danışmağın vaxtıdır”

Milli Məclisin sədri: “Regionda sülh, sabitlik və əməkdaşlıqdan danışmağın vaxtıdır” “Regionda artıq müharibədən yox, sülh, sabitlik və əməkdaşlıqdan danışmağın vaxtıdır”.
Milli Məclis
19 Aprel , 2022 20:21
Milli Məclisin sədri: “Regionda sülh, sabitlik və əməkdaşlıqdan danışmağın vaxtıdır”

“Regionda artıq müharibədən yox, sülh, sabitlik və əməkdaşlıqdan danışmağın vaxtıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili ilə mətbuata birgə bəyanatında deyib.

Onun sözlərinə görə, post-münaqişə dövründə regionda artıq yeni reallıq və yeni əməkdaşlıq imkanları yaranıb: “Bu imkanların reallaşdırılması regionda sülhə, sabitliyə və təhlükəsizliyə töhfə verəcəkdir. Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması üçün 5 prinsipdən ibarət təklif verib. Aprelin 6-da Brüsseldə keçirilmiş son görüş zamanı aparılan müzakirələr göstərdi ki, Ermənistan tərəfi bu təklifə müsbət yanaşır. Ümid edirik ki, Ermənistan vaxt itirmədən öz üzərinə düşəni edəcək”.

Son xəbərlər

Orphus sistemi