Milli Məclisin sədri POS-terminalların işləməməsindən şikayətlənib

Milli Məclisin sədri POS-terminalların işləməməsindən şikayətlənib Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov POS-terminalların işləməməsindən şikayətlənib.
Milli Məclis
31 May , 2019 13:27
Milli Məclisin sədri POS-terminalların işləməməsindən şikayətlənib

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov POS-terminalların işləməməsindən şikayətlənib.

“Report”un xəbərinə görə, O.Əsədov Vergilər naziri Mikayıl Cabbarova müraciət edərək deyib ki, POS-terminalların fəaliyyəti haqqında bir qərar fikirləşmək lazımdır: “Sürətli internet və digər imkanlar, bir sözlə, hər cür şərait qurulub. Belə olan halda, POS-terminallar niyə işləməli deyil? Deputatların 30-40 faizi şikayət edir ki, nə edək, POS-terminallar işləmir? Əməkhaqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq? Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayın”.

Son xəbərlər

Orphus sistemi