Yuxarı
    Bağlamaq

    Milli Məclisin sədri: “Bəzi qüvvələr Azərbaycan-Gürcüstan müttəfiqliyini pozmaq istəyirlər”

    Oqtay Əsədov deyib ki, məsələnin araşdırılması üçün Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna tapşırıq veriləcəkMilli Məclisin sədri Oqtay Əsədov

    Bakı. 29 dekabr. REPORT.AZ/ “Azərbaycan ən çətin vaxtlarda Gürcüstana kömək edib. Ola bilər, kimlərsə bu müttəfiqliyi pozmaq istəyirlər”.

    “Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

    O bildirib ki, məsələnin araşdırılması üçün Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna tapşırıq veriləcək: “Məsələ araşdırılmalıdır”.

    Qeyd edək ki, iclasda deputat Rasim Musabəyov deyib ki, Gürcüstanla Ermənistan arasında nəqliyyat dəhlizinin yaradılması təklifi narahatlıq doğurur. 
    Xatırladaq ki, Gürcüstanın baş nazir Georgi Kvirikaşvili bir neçə gün öncə parlamentdə çıxışı zamanı Ermənistandan gələn yüklərin fors-major hallarda Abxaziya və Cənubi Osetiyadan keçməklə Rusiyaya çatdırılmasını təklif edib. Hökumət başçısı deyib ki, bu yoldan fors-major hallarda təkcə Ermənistan deyil, Türkiyə və digər ölkələr də istifadə edə bilərlər.
    Həmin vaxt Gürcüstan müxalifəti baş nazirin təklifinii sərt tənqid edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi