Yuxarı

Milli Məclisin sədri Azərbaycan Prezidentinə təşəkkür edib

Milli Məclisin sədri Oqtay Əsədov

Bakı. 1 oktyabr. REPORT.AZ/ “Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin fəaliyyətinə yüksək qiymət verib. Ölkəmizin qanunvericilik bazası yüksək meyarlara cavab verir. Bir çox beynəlxalq konvensiyalara qoşulmuşuq və azadlıqların təmin edilməsində demokratik inkişafla bağlı siyasətimizin aparılmasında parlamentin çox böyük rolu var”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında spiker Oqtay Əsədov deyib.

O.Əsədov parlamentin fəaliyyətinə yüksək qiymət verdiyinə görə Azərbaycan Prezidentinə təşəkkür edib.

Spiker qeyd edib ki, parlamentin payız sessiyasında bir sıra qanunlar qəbul ediləcək, sessiya uğurla başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi