Milli Məclisin sədr müavini: “İraqdakı azərbaycanlıların ölkəyə qaytarılması asan olmayan və ağrılı məsələdir”

Milli Məclisin sədr müavini: “İraqdakı azərbaycanlıların ölkəyə qaytarılması asan olmayan və ağrılı məsələdir” Bakı. 3 oktyabr. REPORT.AZ/ “İraqda olan azərbaycanlıların ölkəyə qaytarılması asan olmayan və ağrılı məsələdir. Bununla bağlı müxtəlif məlumatlar gəlir. Milli Məclisin İnsan hüquqları komitəsi olaraq bir neçə dəfə öz yaxın qohumlarının uşaqları İraqda olan insanların qəbulu zamanı konkret faktlarla bağlı məlumatlar almışıq. Komitəyə edilən çoxsaylı müraciətləri müvafiq orqanlara ünvanlamışıq. Aldığımız cavablardan da bəllidir ki, bu iş davam etdirilir, hökumətlərarası münasibətlərlə tənzimlənir. Əlbəttə, bu məsələ o qədər asan və rahat iş deyil”.
Milli Məclis
3 Oktyabr , 2018 12:57
Milli Məclisin sədr müavini:  “İraqdakı azərbaycanlıların ölkəyə qaytarılması asan olmayan və ağrılı məsələdir”
Report
0 : 00
0 : 00

Bakı. 3 oktyabr. REPORT.AZ/ “İraqda olan azərbaycanlıların ölkəyə qaytarılması asan olmayan və ağrılı məsələdir. Bununla bağlı müxtəlif məlumatlar gəlir. Milli Məclisin İnsan hüquqları komitəsi olaraq bir neçə dəfə öz yaxın qohumlarının uşaqları İraqda olan insanların qəbulu zamanı konkret faktlarla bağlı məlumatlar almışıq. Komitəyə edilən çoxsaylı müraciətləri müvafiq orqanlara ünvanlamışıq. Aldığımız cavablardan da bəllidir ki, bu iş davam etdirilir, hökumətlərarası münasibətlərlə tənzimlənir. Əlbəttə, bu məsələ o qədər asan və rahat iş deyil”.

“Report” xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki, Azərbaycan dövləti öz vətəndaşlarının nəzarətdən kənar zonalarda bu şəkildə əzab-əziyyətə düçar olması ilə barışa bilməz: “Ölkəmiz özünün imkanları çərçivəsində nəticəyə hesablanan fəaliyyət aparır və arzu edək ki, bu fəaliyyət səmərəsini versin”.

Son xəbərlər

Orphus sistemi