Milli Məclisin plenar iclası keçirilir

Milli Məclisin plenar iclası keçirilir İclasın gündəliyə 58 məsələ daxildir
Milli Məclis
27 Noyabr , 2018 12:02
Milli Məclisin plenar iclası keçirilir

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb.

"Report" xəbər verir ki, noyabrın 30-da da davam etdiriləcək iclasın gündəliyinə 58 məsələ daxildir.

Deputatlar 2019-cu ilin dövlət büdcəsi layihəsini ikinci və üçüncü oxunuşda müzakirə edəcəklər.

Bundan başqa, "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında", "Dərman vasitələri haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Sığorta fəaliyyəti haqqında" və s. qanunlara, eləcə də Cinayət Prosessual, İnzibati, Mənzil, Vergi məcəllələrinə dəyişiklik layihələrinə də baxılacaq.

Son xəbərlər

Orphus sistemi