Milli Məclisin plenar iclası başlayıb

Milli Məclisin plenar iclası başlayıb Bakı. 3 aprel. REPORT.AZ/ Milli Məclisin növbəti plenar iclası başlayıb.
Milli Məclis
3 Aprel , 2018 12:01
Milli Məclisin plenar iclası başlayıb
Milli Məclis / Report

Bakı. 3 aprel. REPORT.AZ/ Milli Məclisin növbəti plenar iclası başlayıb.

“Report”un xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 25 məsələ daxildir.

Bunlar “Hidrometeorologiya fəaliyyəti haqqında", "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnama", "Banklar haqqında", "Kredit büroları haqqında", "Bank olmayan kredit təşkilatlar haqqında", "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında", "Valyuta tənzimi haqqında", "Yerin təki haqqında", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "İcra haqqında", "Su təchizatı və tullantı suları haqqında", "Tibbi sığorta haqqında", "Fərdi məlumatlar haqqında" və s. qanunlarına o cümlədən Mülki, Ticarət Gəmiçiliyi, Şəhərsalma və Tikinti, İnzibati Prosessual, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir.

Bundan başqa, yeni "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" (ilk oxunuş) və "Peşə təhsili haqqında" (ikinci oxunuş) qanun layihələri də müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi