Milli Məclisin plenar iclası başlayıb - YENİLƏNİB

Milli Məclisin plenar iclası başlayıb - YENİLƏNİB Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb.
Milli Məclis
1068
2 Noyabr , 2018 12:01
Milli Məclisin plenar iclası başlayıb - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb.

“Report” xəbər verir ki, iclasa Oqtay Əsədov sədrlik edir.

İclasın gündəliyinə 16 məsələ daxildir.


*** 09:36

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Məclisinin plenar iclası keçiriləcək.

“Report” xəbər verir ki, iclasın gündəliyinə 16 məsələ daxildir.

Bunlar "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Tütün və tütün məmulatı haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında" qanunlarına, o cümlədən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir.

İclada parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə Çingiz Qənizadənin, Gənclər və idman komitəsinin sədr müavini vəzifəsinə isə Şahin İsmayılovun təsdiq olunması məsələsinə də baxılacaq.

Bugünkü plenar iclasda Azərbaycan Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki apellyasiya məhkəmələrinə yeni hakimlərin təyin edilməsi məsələsi də müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi