Yuxarı

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

İclasda hökumət üzvləri 2018-ci ilin dövlət büdcə zərfi ilə bağlı deputatların təkliflərini cavablandıracaqlar

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin dekabrın 1-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

"Report"un xəbərinə görə, toplantının gündəliyinə 31 məsələ daxildir. 

İclasda hökumət üzvləri 2018-ci ilin dövlət büdcə zərfi ilə bağlı deputatların təkliflərini cavablandıracaqlar. 

Bundan başqa, deputatlar "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Dövlət borcu haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Telekommunikasiya haqqında", "Pasportlar haqqında", "Azərbaycan Silahlı Qüvvələri haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanunlara və İnzibati Xətalar, Cəzaların İcrası, Miqrasiya, Vergi, Cinayət Prosessual məcəllələrinə dəyişiklik layihələrinə baxacaqlar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi