Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb İclasın gündəliyinə 18 məsələ daxildir
Milli Məclis
15 Fevral , 2018 09:50
Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb
Report

Bakı. 15 fevral. REPORT.AZ/ Milli Məclisin fevralın 23-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

“Report”un xəbərinə görə, iclasın gündəliyinə 18 məsələ daxildir.

Bunlar “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında”, "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, "Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yeyinti məhsulları haqqında”, “Standartlaşdırma haqqında”, "Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yol hərəkəti haqqında” və.s qanunları, o cümlədən Miqrasiya, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir.

Bundan başqa, deputatlar yeni hazırlanan “Texniki təmizləmə haqqında” qanun layihəsini də müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi