Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb Bakı. 8 dekabr. REPORT.AZ/ Milli Məclisin növbəti - dekabrın 15-də keçiriləcək plenar iclasının gündəliyi məlum olub.
Milli Məclis
8 Dekabr , 2017 15:44
Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Milli Məclisin növbəti - dekabrın 15-də keçiriləcək plenar iclasının gündəliyi məlum olub.

"Report"un xəbərinə görə, iclasın gündəliyinə 38 məsələ daxil edilib.

Bunlar "Rəsmi statistika haqqında", "Həmkarlar ittifaqları haqqında", Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qaravul xidmətləri nizamnaməsi", Meliorasiya və irriqasiya haqqında", "Məhkəmələr və hakimlər haqqında", " Toxumçuluq haqqında", "Yol hərəkəti haqqında", İstehsalat və məişət tullantıları haqqında, "Polis haqqında", "Prokurorluq haqqında" və.s qanunlara dəyişiklik layihələridir.

Bundan başqa, "Hesablama Palatası haqqında" yeni qanun layihəsi müzakirə olunacaq.

Plenar iclasda "Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" qanun ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi