Yuxarı

Milli Məclisin növbəti plenar iclası keçirilir - YENİLƏNİB

İclasın gündəliyinə 15 məsələ daxildir
© Report

Bakı. 18 dekabr. REPORT.AZ/ Milli Məclisin növbəti plenar iclası başlayıb.

“Report” xəbər verir ki, iclasa Oqtay Əsədov sədrlik edir.

İclasın gündəliyinə 15 məsələ daxildir.


*** 09:37

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

“Report” xəbər verir ki, iclasın gündəliyinə 15 məsələ daxildir.

Bunlar "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" (birinci oxunuş), "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" (üçüncü oxunuş), "Avtomobil nəqliyyatı haqqında" (üçüncü oxunuş), "Sığorta fəaliyyəti haqqında" (üçüncü oxunuş) qanunlarına, eləcə də Seçki, İnzibati Xətalar, Mənzil məcəllələrinə dəyişiklik layihələridir.

Bundan başqa, deputatlar yeni hazırlanan "Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında" (birinci oxunuş), "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" (birinci oxunuş), "Ümumi təhsil haqqında" (birinci oxunuş) qanun layihələrini də müzakirə edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi