Yuxarı

Milli Məclisin plenar iclası başlayıb

Milli Məclisin növbəti plenar iclası başladı
© Report

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb.

“Report” xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 19 məsələ daxildir.

Əvvəlcə "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlərinin seçilməsi haqqında" qanun layihəsinə baxılacaq.

Sonra "Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında", "Əmək pensiyaları haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Standartlaşdırma haqqında" və s. qanunlara, o cümlədən Mülki, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələri müzakirə ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi