Yuxarı

Sabah Milli Məclisin növbədənkənar sessiyası başlayır

Milli Məclisin növbədənkənar sessiyası başlayır
© Report

Sabah – iyunun 13-də Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçiriləcək.

“Report” xəbər verir ki, iclasın gündəliyinə 36 məsələ daxildir.

Bunlar “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət rüsumu haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Bələdiyyələrin statusu haqqında” və s. qanunlara, o cümlədən Mülki, Mülki Prosessual, İnzibati, İnzibati Prosessual, Cinayət Prosessual məcəllələrinə dəyişiklik layihələridir.

İclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə də (ikinci oxunuş) baxılacaq.

İclas iyunun 14-də də davam etdiriləcək.

Növbədənkənar sessiyanın iyunun 28-də, iyulun 9-da və 12-də plenar iclaslarının keçirilməsi planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi