Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib

Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib Bakı. 17 yanvar. REPORT.AZ/ Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib.
Milli Məclis
17 Yanvar , 2019 11:52
Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib
Report

Bakı. 17 yanvar. REPORT.AZ/ Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib.

“Report” xəbər verir ki, iclasın gündəliyinə bir sıra qanunlara dəyişiklik layihəsi daxil edilib.

Komitə sədri Rafael Hüseynov 2018-ci ilin payız sessiyasında görülən işlərlə bağlı məlumat verib.

Sonra “Milli arxiv fondu haqqında”, “Azərbaycan Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” və s. qanunlara dəyişiklik layihsinə baxılıb. Bildirilib ki, bu dəyişikliklər texniki xarakterlidir.

Sonda müzakirə olunan layihələr parlamentin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi