Yuxarı

Milli Məclisin mart ayında keçiriləcək iclaslarının vaxtı məlum olub

Gələn ay üç iclas keçiriləcək
© Report

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin mart ayında keçiriləcək plenar iclaslarının vaxtı açıqlanıb.

“Report”un xəbərinə görə, toplantıların martın 6-da, 16-da və 30-da keçirilməsi planlaşdırılır.

Martın 16-da keçiriləcək plenar iclasda Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılacaq. Hesabatı Baş nazir Artur Rasi-zadənin təqdim edəcəyi gözlənilir.

Martın 30-da keçiriləcək iclas isə 31 Mart soyqırımının 100 illiyi ilə bağlı olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi