Milli Məclisin komitələri "Media haqqında" yeni qanun layihəsini ikinci oxunuşda müzakirə edir

Milli Məclisin komitələri "Media haqqında" yeni qanun layihəsini ikinci oxunuşda müzakirə edir Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və İnsan hüquqları komitəsinin onlayn formatda birgə iclası keçirilir.
Milli Məclis
144
17 Dekabr , 2021 11:00
Milli Məclisin komitələri Media haqqında yeni qanun layihəsini ikinci oxunuşda müzakirə edir

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və İnsan hüquqları komitəsinin onlayn formatda birgə iclası keçirilir.

"Report"un xəbərinə görə, toplantıda "Media haqqında" yeni qanun layihəsi ikinci oxunuşda müzakirə olunur.

İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, agentliyin digər rəsmi şəxsləri, media orqanlarının rəhbərləri, deputatlar və jurnalistlər iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi