Yuxarı

Milli Məclisin komitələri İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını müzakirə edir

© Shutterstock

Bakı. 2 may. REPORT.AZ/ Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir.

“Report”un xəbərinə görə, iclasda Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik məlumatı müzakirə olunur.

Komitə iclasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi İlkin Qurbanov da iştirak edir.

Xatırladaq ki, sənədin parlamentin mayın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılaraq qəbul ediləcəyi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi