Yuxarı

Milli Məclisin komitə sədri: “Yas və toy mərasimləri qanunla tənzimlənməlidir”

© Report — Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov

Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycanda yas və toy mərasimlərinin qanunla tənzimlənməsi təklif edilir.

“Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini parlamentin Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

O qeyd edib ki, bununla bağlı ziyalılar da, deputatlar da çıxış ediblər, lakin həmin sahələrdən vəsait əldə edən insanlar bunun qarşısını almaq üçün müxtəlif bəhanələr gətirirlər, nəticədə bu proses davam edir.

Deputat bu sahə ilə bağlı qanun qəbul olunmasının zəruriliyini qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi