Milli Məclisin komitə sədri Moskvaya səfər edəcək

Milli Məclisin komitə sədri Moskvaya səfər edəcək Bakı. 1 iyun. REPORT.AZ/ Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat Malik Həsənov Parlamentarizmin inkişafına dair Beynəlxalq Forumda iştirak etmək üçün iyunun 3-də Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edəcəklər.
Milli Məclis
1 İyun , 2018 18:25
Milli Məclisin komitə sədri Moskvaya səfər edəcək

Bakı. 1 iyun. REPORT.AZ/ Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat Malik Həsənov Parlamentarizmin inkişafına dair Beynəlxalq Forumda iştirak etmək üçün iyunun 3-də Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edəcəklər.

Bu barədə "Report"a MM-in Mətbuat xidmətindən məlumat verilib.

Forumda XXI əsrdə dünya iqtisadiyyatının inkişafı ilə bağlı hüquqi bazanın təmin edilməsi, milli qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə təcrübə mübadiləsi və digər mövzuları əhatə edən müxtəlif seksiyalarda müzakirələr aparılacaq. 

Azərbaycan nümayəndə heyəti “Beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi: parlamentlərin rolu” mövzusunda keçiriləcək toplantıya qatılacaq. Tədbirdə terrorizmə, mütəşəkkil cinayətkarlığa, narkotik maddələrin ticarətinə, ekstremizmə qarşı milli və beynəlxalq hüquqi mexanizmlər, beynəlxalq səviyyədə informasiya təhlükəsizliyinin təmin edilməsi, qaçqınlar problemi və miqrasiya siyasətinin təkmilləşdirilməsinə dair məsələlər müzakirə olunacaq.

Səfər iyunun 6-da başa çatacaq

Son xəbərlər

Orphus sistemi