Milli Məclisin komitə sədri Həmrəylik və İnnovativ Maliyyələşdirmə Forumunda iştirak edəcək

Milli Məclisin komitə sədri Həmrəylik və İnnovativ Maliyyələşdirmə Forumunda iştirak edəcək Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Tbilisi Həmrəylik və İnnovativ Maliyyələşdirmə Forumunda iştirak etmək üçün dekabrın 14-dən 17-dək Gürcüstanda səfərdə olacaq.
Milli Məclis
13 Dekabr , 2018 12:09
Milli Məclisin komitə sədri Həmrəylik və İnnovativ Maliyyələşdirmə Forumunda iştirak edəcək
Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Tbilisi Həmrəylik və İnnovativ Maliyyələşdirmə Forumunda iştirak etmək üçün dekabrın 14-dən 17-dək Gürcüstanda səfərdə olacaq.

“Report” xəbər verir ki, Gürcüstan hökuməti, parlamenti və iqtisadi inkişaf üçün innovativ qrupun qlobal katibliyi ilə birgə təşkil olunan toplantıya BMT-nin maliyyələşdirmə ilə məşğul olan milli və regional təşkilatlarının üzvləri, beynəlxalq inkişaf agentliklərinin və vətəndaş cəmiyyətinin nümayəndələri qatılacaqlar.

Tədbirdə innovativ maliyyələşdirmənin təkmilləşdirilməsi, qlobal həmrəylik vergiləri və davamlı inkişaf məqsədlərinin maliyyələşdirilməsində mərkəzləşdirilməmiş məlumat bazalarının yeniləşdirilməsi məsələləri müzakirə ediləcək.

Deputat müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək.

Son xəbərlər

Orphus sistemi