Milli Məclisin komitə sədri həkimlərin maaşının artırılmasını təklif edib

Milli Məclisin komitə sədri həkimlərin maaşının artırılmasını təklif edib “Bədxassəli şişlərin müalicəsi üçün də əlavə vəsait ayrılmalıdır. Nəzərdə tutulan vəsait azdır”
Milli Məclis
22 Noyabr , 2017 13:00
Milli Məclisin komitə sədri həkimlərin maaşının artırılmasını təklif edib

Bakı. 22 noyabr. REPORT.AZ/ “Azərbaycanda adambaşına düşən səhiyyə xərcləri aşağıdır. Həkimlərin maaşının da aşağı olması inşa olunan xəstəxanaların inkişafına, işləməsinə mane olur”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisdə 2018-ci ilin büdcə müzakirəsi zamanı çıxış edən parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, əhalinin artımı nəzərə alınaraq səhiyyə xərcləri artırılmalıdır: “Bunu sabiT saxlasaq və ya azaltsaq, problemlər olacaq”.

Komitə sədri bildirib ki, onkoloji preparatların alınması üçün vəsaitlər ayrılır, lakin həmin preparatlar çox bahalıdır: “Bədxassəli şişlərin müalicəsi üçün də əlavə vəsait ayrılmalıdır. Nəzərdə tutulan vəsait azdır”.

Son xəbərlər

Orphus sistemi