Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycanda son günlər xalq artisti Faiq Ağayevin deputatlığa namizdəliyi iddiası cəmiyyətdə incəsənət, şou adamlarının parlamentdə təmsilçiliyini gündəmə gətirib, geniş müzakirələrə səbəb olub.
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini,
Konkret olaraq son vaxtlar xalq artisti Faiq Ağayevin deputatlığa namizədliyini vermə təşəbbüsü ətrafında gedən müzakirələrə toxunan S.Novruzov bildirib ki, Milli Məclisdə xalqın dəstəklədiyi hər bir sənətin nümayəndəsi seçilə bilər: “Axı qanunvericiliyə əsasən, sənətinə görə kiməsə bununla bağlı məhdudiyyət də yoxdur. Bu, xalqın seçimidir. Əgər Faiq Ağayev, həqiqətən də, iddia etdiyi kimi xalqın səsini qazana biləcəksə, buyursun hüququndan istifadə etsin. Bizim xalqın seçimi qarşısında boynumuz qıldır, qıldan da nazikdir”.
Deputat Siyavuş Novruzov
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat
Millət vəkili qeyd edib ki, Faiq Ağayevin sənətçi olduğu üçün müəyyən qədər üstünlüyü ola bilər: "Yəni sənətçiləri başqa sahələrin adamlarına nisbətən xalq daha çox tanıyır. Ümumilikdə, seçki qanunvericiliynə görə, sənətinə görə heç kimə heç bir məhdudiyyət yoxdur, Milli Məclisə seçkilərdə 18 yaşını tamam edibsə, iştirak edə bilər. Hər şey də seçkinin nəticələrindən asılıdr. Çünki onu xalq seçir”.
Deputat Nizami Cəfərov