Milli Məclisin komitə sədri: “Ermənilər Rusiyada azərbaycanlıları digər xalqlarla qarşı-qarşıya qoymağa cəhd edirlər”

Milli Məclisin komitə sədri: “Ermənilər Rusiyada azərbaycanlıları digər xalqlarla qarşı-qarşıya qoymağa cəhd edirlər” “Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunda, Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışlar edib. Bu tədbirlərdə Azərbaycanın milli maraqları müdafiə olunub, mövqeləri dəstəklənib. Azərbaycanın dövlət başçısı Ermənistanın nasist siyasətini beynəlxalq təşkilatlarda sübutlarla ifşa edib. Bu, ilk növbədə, Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında bəyan edildi”.
Milli Məclis
31 Oktyabr , 2019 15:38
Milli Məclisin komitə sədri: “Ermənilər Rusiyada azərbaycanlıları digər xalqlarla qarşı-qarşıya qoymağa cəhd edirlər”

“Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunda, Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışlar edib. Bu tədbirlərdə Azərbaycanın milli maraqları müdafiə olunub, mövqeləri dəstəklənib. Azərbaycanın dövlət başçısı Ermənistanın nasist siyasətini beynəlxalq təşkilatlarda sübutlarla ifşa edib. Bu, ilk növbədə, Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında bəyan edildi”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov keçirdiyi brifinqdə deyib.

S.Seydov deyib ki, Aşqabadda deyilən sözlər sonradan Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yekun sənədində öz əksini tapıb: “Yekun sənəddə qeyd edilib ki, nasist və neosistləri qəhrəman kimi təqdim etmək yolverilməzdir. Ermənilər bundan çox ciddi həyəcan keçiriblər və Rusiyada fəallaşmağa başlayıblar. Onlar Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməyə çalışır, müxtəlif təxribatlar törədir, Rusiyada azərbaycanlıları digər xalqlarla qarşı-qarşıya qoymağa cəhd edirlər. Ermənilər Rusiyada ultrasağçı qüvvələri azərbaycanlılara qarşı yönəltməyə çalışır, məişət zəminində baş verən hadisələri süni şəkildə şişirdirlər. Məqsəd Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməkdir. Həm də istəyirlər ki, Ermənistanda nasistlərə qoyulmuş heykəllərə toxunulmasın, öz siyasətlərini davam etdirsinlər”.

O vurğulayıb ki, həm xaricdə, həm də daxildə anti-Azərbaycan qüvvələrin fəallaşması arasında əlaqə var: “Bu, Azərbaycanın inkişafı, dünyada öz yerini möhkəmlətməsinə qarşı bir fəaliyyətdir. Hər bir azərbaycanlı bu barədə məlumatlı olmalıdır ki, onları çaşdırmasınlar. Heç bir radikal qüvvə Azərbaycanın beynəlxalq münasibətlərinə təsir göstərə bilməyəcək”

Son xəbərlər

Orphus sistemi