Milli Məclisin komitə iclaslarının keçirilməsinə başlanıldı

Milli Məclisin komitə iclaslarının keçirilməsinə başlanıldı Milli Məclisin yaz sessiyasının komitə iclaslarının keçirilməsinə başlanılıb.
Milli Məclis
913
18 Yanvar , 2021 09:28
Milli Məclisin komitə iclaslarının keçirilməsinə başlanıldı

Milli Məclisin yaz sessiyasının komitə iclaslarının keçirilməsinə başlanılıb.

"Report"un xəbərinə görə, artıq yanvarın 15-də parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Bu gün - yanvarın 18-də isə Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçiriləcək.

İclasın gündəliyinə isə 2 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci ilin payız sessiyası dövründə Elm və təhsil komitəsində görülən işlər barədə hesabat.

2. Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin yaz sessiyası üçün iş planının müzakirəsi.

Qeyd edək ki, parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi