Milli Məclisin İntizam komissiyasının Əsasnaməsi qəbul olunub

Milli Məclisin İntizam komissiyasının Əsasnaməsi qəbul olunub Parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsi haqqında sənəd müzakirəyə çıxarılıb.
Milli Məclis
9 İyul , 2021 12:13
Milli Məclisin İntizam komissiyasının Əsasnaməsi qəbul olunub

Parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsi haqqında sənəd müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, sənəd 9 maddədən ibarətdir.

Əsasnamə İntizam komissiyasının təşkili qaydasını, səlahiyyətlərini, iş qaydasını, İntizam komissiyası üzvlərinin, həmçinin komissiyada barəsində araşdırma aparılan deputatın hüquqlarını və vəzifələrini müəyyən edir.

Yeni sənəddə İntizam komissiyası tərəfindən müraciətlərə, təqdimatlara və məlumatlara baxılması qaydası və müddətləri dəqiq müəyyən edilib.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi