Milli Məclisin iclasları videokonfrans sistemi ilə keçiriləcək

Milli Məclisin iclasları videokonfrans sistemi ilə keçiriləcək “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə dəyişiklik layihəsi II oxunuşda yeni redaksiyada Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb
Milli Məclis
9 Aprel , 2020 13:50
Milli Məclisin iclasları videokonfrans sistemi ilə keçiriləcək
Milli Məclis / Report

“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə dəyişiklik layihəsi II oxunuşda yeni redaksiyada Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb

“Report”un xəbərinə görə, sənədin yeni redaksiyasına əsasən, karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının, həmçinin, Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək. Videokonfrans sistemi vasitəsi ilə keçirilən iclaslarda səsvermə ilə bərabər, həm də qeydiyyat deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, I oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının, həmçinin, Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək və real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcəkdi.

Qanun layihəsi bu il dekabrın 30-dək qüvvədə olacaq.

Sənəd səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi