Milli Məclisin komitəsi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulur

Milli Məclisin komitəsi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulur Milli Məclisin (MM) Sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşəbbüsü ilə adı çəkilən komitə Mədəniyyət Nazirliyinin və Kreativ Azərbaycan portalının elan etdiyi Evdə Qal, Evdə Yarat aksiyasına dəstək verərək yaradıcılıq bacarığı və xüsusi istedadı olan gəncləri bu tədbirə qoşulmağa çağırır.
Milli Məclis
10 Aprel , 2020 15:42
Milli Məclisin komitəsi Evdə Qal, Evdə Yarat təşəbbüsünə qoşulur
Milli Məclis / Report

Milli Məclisin (MM) Sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşəbbüsü ilə adı çəkilən komitə Mədəniyyət Nazirliyinin və "Kreativ Azərbaycan" portalının elan etdiyi "Evdə Qal, Evdə Yarat" aksiyasına dəstək verərək yaradıcılıq bacarığı və xüsusi istedadı olan gəncləri bu tədbirə qoşulmağa çağırır.

MM-dən “Report”a verilən xəbərə görə, artıq 2 mindən çox insan sosial şəbəkələr vasitəsilə "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulub.

Təşəbbüs çərçivəsində insanlar evdə olduğu müddətdə hazırladıqları kreativ məhsulu (rəsm əsəri, video, şeir, musiqi və s.) sosial şəbəkədə #EvdəQalEvdəYarat həştəqini yazmaqla, "Kreativ Azərbaycan" portalının "Facebook" səhifəsini posta işarələməklə paylaşır. Bununla onlar öz yaradıcılıqları ilə koronavirusla mübarizəyə pozitiv fokuslanaraq dəstək verirlər.

Son xəbərlər

Orphus sistemi