Yuxarı

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

© Report

Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin iclasında yeni hazırlanan “Məşğulluq haqqında” qanun layihəsi (ikinci oxunuş) və Əmək Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, “Məşğulluq haqqında” qanun layihəsi barədə parlament Aparatının Sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev məlumat verib. O bildirib ki, qanun layihəsinə texniki düzəlişlər edilib. Sektor müdiri deputatların təkliflərinə də münasibət bildirib.

Daha sonra Əmək Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub, məcəlləyə müvafiq dəyişiklik edilib.

Müzakirələrdən sonra layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi