Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib 

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib  Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.
Milli Məclis
17 Sentyabr , 2019 16:11
Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib 

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

“Report” xəbər verir ki, iclasda komitə sədri İsa Həbibbəyli 2019-cu ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat verib.

Sonra Elm və təhsil komitəsinin 2019-cu ilin payız sessiyası üçün iş planı təsdiqlənib.

İclasda “Məişət zorakılığının qorunması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Peşə təhsili haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında”, “Uşaq hüquqları haqqında” dəyişiklik layihələri müzakirə olunub. Bildirilib ki, layihələr uyğunlaşdırma xarakterlidir. 

Müzakirələrdən sonra dəyişiklik layihələri parlamentin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi