Milli Məclisin deputatları tətildən qayıdıblar

Milli Məclisin deputatları tətildən qayıdıblar Azərbaycan Milli Məclisinin deputatları bu gün tətildən qayıdıblar.
Milli Məclis
298
30 Avqust , 2021 09:00
Milli Məclisin deputatları tətildən qayıdıblar

Azərbaycan Milli Məclisinin deputatları bu gün tətildən qayıdıblar.

"Report" xəbər verir ki, Milli Məclisin daxili nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edir.

Parlamentin komitə iclaslarının keçirilməsinə sentyabr ayından başlanılacaq.

Konstitusiyaya uyğun olaraq, Milli Məclis hər il yaz və payız sessiyalarına toplaşır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Son xəbərlər

Orphus sistemi