Milli Məclisin deputatları Sankt-Peterburqa səfər edəcək

Milli Məclisin deputatları Sankt-Peterburqa səfər edəcək Milli Məclisin deputatları MDB-yə üzv dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının 16-cı iclasının tədbirlərində iştirak etmək üçün mayın 18-dən 22-dək Sankt-Peterburq şəhərində səfərdə olacaqlar
Milli Məclis
17 May , 2021 12:27
Milli Məclisin deputatları Sankt-Peterburqa səfər edəcək
Milli Məclis

Milli Məclisin (MM) deputatları Emin Hacıyev və Nigar Arpadarai MDB-yə üzv dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının 16-cı iclasının tədbirlərində iştirak etmək üçün mayın 18-dən 22-nə kimi Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaqlar.

MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumaat görə, Parlamentlərarası Gənclər Assambleyasının iclasında Emin Hacıyevin, “Gənclərin seçki prosesində iştirakı: MDB PA-nın üzv dövlətlərinin təcrübəsi” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfransda isə Nigar Arpadarainin çıxışı nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi