Milli Məclisin deputatları Rusiyada seçkiqabağı prosesi izləyəcəklər

Milli Məclisin deputatları Rusiyada seçkiqabağı prosesi izləyəcəklər Səfər fevralın 23-də başa çatacaq
Milli Məclis
17 Fevral , 2018 15:22
Milli Məclisin deputatları Rusiyada seçkiqabağı prosesi izləyəcəklər

Bakı. 17 fevral. REPORT.AZ/ Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və deputat Rauf Əliyev fevralın 19-da Rusiyaya səfər edəcək.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən bildirilib.  

Məlumata görə, azərbaycanlı deputatlar Rusiya Federasiyasında keçiriləcək prezident seçkisi ilə əlaqədar seçkiqabağı monitorinqdə iştirak edəcəklər, xüsusilə Moskva və Sankt-Peterburq şəhərlərində seçkiqabağı vəziyyət, prosesin təşkili ilə yaxından tanış olacaq, namizədlər tərəfindən təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsini müşahidə edəcəklər.

Səfər fevralın 23-də başa çatacaq.

Qeyd edək ki, Rusiya Federasiyasında prezident seçkisi bu il martın 18-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi