Milli Məclisin deputatları Qətərə səfər edəcəklər

Milli Məclisin deputatları Qətərə səfər edəcəklər Milli Məclisin deputatları Kamran Bayramov, Şahin İsmayılov və Sona Əliyeva Parlamentlərarası İttifaqın 140-cı Assambleyasında iştirak etmək üçün aprelin 6-da Qətər Dövlətinin paytaxtı Doha şəhərinə səfərə gedecəklər.
Milli Məclis
5 Aprel , 2019 14:09
Milli Məclisin deputatları Qətərə səfər edəcəklər
Report

Milli Məclisin deputatları Kamran Bayramov, Şahin İsmayılovSona Əliyeva Parlamentlərarası İttifaqın 140-cı Assambleyasında iştirak etmək üçün aprelin 6-da Qətər Dövlətinin paytaxtı Doha şəhərinə səfərə gedecəklər.

Bu barədə "Report"a parlamentin Mətbuat xidmətindən məlumat verilib.  

Toplantıda millət vəkilləri “Sülhə zərər verən və insan hüquqlarını pozan vasitə kimi muzdlulardan istifadənin yolverilməzliyi”, “Dayanıqlı inkişaf məqsədlərinə, xüsusilə də iqtisadi bərabərlik, dayanıqlı infrastruktur, sənayeləşmə və innovasiyaya nail olmaqda azad və ədalətli ticarət və investisiyanın rolu” adlı qətnamə layihələrinin müzakirələrində iştirak edəcəklər.

Millət vəkilləri müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcəklər.

Səfər aprelin 11-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi