Milli Məclisin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfərdə məqsəd Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının 10 illik yubileyinə həsr olunan tədbirdə iştirak etməkdir.
Deputatlar səfər çərçivəsində "Parlamentlərin rolu və deputatlar, dialoq və plüralizm", "Şərq Tərəfdaşlığının 10-cu ildönümü" adlı panel iclaslarda iştirak edəcək, müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətlərini bildirəcəklər.
Səfər noyabrın 7-də başa çatacaq.
Qeyd edək ki, Azərbaycanın Xarici İşlər naziri