Yuxarı

Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçirəcəklər

Görüşlərdə Azərbaycanla qurum arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunacaq

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində təmsil olunan deputatları - Azər Kərimli, Elman Nəsirov, habelə Komitəyə yeni seçilmiş üzvlər - Sahibə Qafarova və Çingiz Qənizadə fevralın 5-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

MM-in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, deputatlar Avropa Parlamentində bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə Azərbaycanla qurum arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunacaq.

Səfər fevralın 9-da başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi