Milli Məclisin deputatı xarici işlər nazirini istefa verməyə çağırıb

Milli Məclisin deputatı xarici işlər nazirini istefa verməyə çağırıb Bakı. 30 mart. REPORT.AZ/ Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentdə keçirilən ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasda xarici işlər naziri Elmar Məmmədyarovu istefa verməyə çağırıb.
Milli Məclis
30 Mart , 2018 12:58
Milli Məclisin deputatı xarici işlər nazirini istefa verməyə çağırıb

Bakı. 30 mart. REPORT.AZ/ Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentdə keçirilən ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasda xarici işlər naziri Elmar Məmmədyarovu istefa verməyə çağırıb.

“Report”un xəbərinə görə, o deyib ki, E.Məmmədyarov öz işini layiqincə görmür, Dağlıq Qarabağ danışıqlarında nəticə əldə edilmir.

Parlamentin sədri Oqtay Əsədov da ona cavab olaraq ironiya ilə sual verib: “Ana Vətən Partiyasının sədri niyə xarici işlər nazirindən yapışır? Prezidentliyə namizəd də, Siz də xarici işlər nazirinin fəaliyyətini müzakirə edirsiniz”.

Son xəbərlər

Orphus sistemi