Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli Ağsu rayonunda seçicilərlə görüşüb.
“Report”un xəbərinə görə, görüşdə rayonun Padar, Bənəcik, Nəmirli, Gursulu kəndlərindən olan seçicilər iştirak edib.
Vətəndaşlar bir sıra problemlərlə bağlı deputat qarşısında məsələ qaldırıblar.
T.Kərimli deyib ki, deputat kimi səlahiyyətləri çərçivəsində qaldırılan məsələlərin həllinə kömək göstərəcək.