Milli Məclisin deputatı Rouz-Rout seminarında iştirak edəcək

Milli Məclisin deputatı Rouz-Rout seminarında iştirak edəcək Bakı. 25 iyun. REPORT.AZ/ İyunun 27-dən 29-dək Makedoniyanın Skopye şəhərində NATO Parlament Assambleyasının 98-ci Rouz-Rout seminarı keçiriləcək.
Milli Məclis
25 İyun , 2018 17:20
Milli Məclisin deputatı Rouz-Rout seminarında iştirak edəcək
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ İyunun 27-dən 29-dək Makedoniyanın Skopye şəhərində NATO Parlament Assambleyasının 98-ci Rouz-Rout seminarı keçiriləcək.

Azərbaycan Milli Məclisinin (MM) Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, aessiyada Azərbaycanı MM-in NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Kamran Bayramov təmsil edəcək.

“Qərbi Balkanların avro-atlantik inteqrasiyası: Avropanın sülh layihəsinin gücləndirilməsi” mövzusuna həsr olunan seminarda qanunun aliliyinin möhkəmləndirilməsi, administrasiya və məhkəmə sahəsində islahatlar, Korrupsiyaya qarşı mübarizə, miqrasiya böhranı, müdafiə və təhlükəsizlik sektorunda islahatlar, İctimai rəyin yaradılmasında dezinformasiyanın və yanlış məlumatların rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Deputat müzakirə olunacaq mövzular barədə çıxışlar edəcək, qeyd və təkliflərini bildirəcək.

Son xəbərlər

Orphus sistemi