“Report” xəbər verir ki, səfər çərçivəsində millət vəkili qeyd edilən tədbirdə Qazaxıstanda prezidentlik institutunun yaradılması, ölkənin birinci prezidenti – Nursultan Nazarbayevin Qazaxıstan dövlətçiliyinin müasir dövrdə möhkəmləndirilməsində, parlamentarizm ənənələrinin yaradılmasında və inkişafında roluna həsr olunmuş müzakirələrə qatılacaq.
Səfər noyabrın 28-də başa çatacaq.