Bakı. 13 dekabr. REPORT.AZ/ “Azərbaycanın regiondakı siyasəti, beynəlxalq əlaqələri Ermənistanı küncə sıxıb”.
Bunu “Report”a açıqlamasında
Deputat qeyd edib ki, hazırda Ermənistan çıxılmaz vəziyyətdədir: “Baxın, Ermənistan 4 ölkə ilə qonşudur, onlardan ikisi ilə münasibətləri normal deyil. Ermənistana qonşu ölkələrdən biri olan Gürcüstan Azərbaycanı bütün beynəlxalq layihələrdə dəstəkləyir. Yəni bu ölkə Azərbaycanla daim əməkdaşlıq edir. İranla da Azərbaycanın münasibətləri normaldır, hətta getdikcə iki ölkənin əməkdaşlığı inkişaf etdirilir. ABŞ-ın İrana münasibəti bəllidir. ABŞ-ın Ermənistana yerləşdiyi şəxsi heyət və onlara məxsus dinləmə qurğularının İran-Ermənistan sərhədlərində İrana qarşı istifadə edilir. Sabah İran da sərhədi bağlaya bilər. Belə olan halda, Ermənistan nə edəcək, haradan qidalanacaq? Bu, məsələnin iqtisadi tərəfidir”.
E.Məmmədov vurğulayıb ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu ölkənin Ermənistan üzərində qələbəsinə əminlik yaradır: “Ermənistanın beynəlxalq əlaqələri Azərbaycandan çox geridir. Beynəlxalq reytinq cədvəllərində Azərbaycanın adı inkişaf etmiş ölkələrin sırasındadır. Ermənistanda özlərini müharibə qəhrəmanı elan cinayətkar qrupun məhv edilməsinin səbəblərindən biri də Azərbaycanın uğurlu siyasətidir.
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan və ona dəstək verən bir sıra qüvvələr düzgün nəticə çıxarmalıdırlar. Onlar özlərindən əvvəlkilərin yolunu tutmamalıdırlar. Onlar düzgün yol tutarlarsa, erməni xalqını fəlakətdən xilas edə bilərlər. Bu yol qonşu ölkələrlə sülh münasibətindən, Azərbaycan torpaqlarından geri çəkilməkdən ibarətdir. Ermənistan Azərbaycana qarşı olan düşmənçilik, işğalçılıq siyasətindən əl çəkməlidir.
Ermənistan tarix boyu Türkiyəyə qarşı da ədalətsiz olub. Ermənilər Türkiyəyə qarşı da ərazi iddiaların əl çəkməlidirlər. Ermənistanın başqa yolu yoxdur. Əgər Ermənistan Azərbaycan torpaqlarından geri çəkilməsə, o dövlət bundan da pis vəziyyətə düşəcək. Azərbaycanın yürütdüyü siyasət qələbəyə inamı artırır”.